Çin yeni kosmik gəmisini orbitə çıxardı

Çin yeni kosmik gəmisini orbitə çıxardı
Çin "Şiyan-10-02" eksperimental kosmik gəmisini orbitə çıxarıb. 
Bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat verib.
Peyki olan CZ-3B raketi Siçuan əyalətindəki Siçan kosmodromundan buraxılıb. 
Ehtimal olunur ki, peykin orbitə buraxılması bu il Çin üçün sonuncu olub. Qurğu orbitdə yeni texnologiyaların sınaqdan keçirilməsi üçün istifadə olunacaq.
Gundelik-Baku.Org