Ermənistanda birbaşa Paşinyana tabe olan kəşfiyyat idarəsi yaradılır

Ermənistanda birbaşa Paşinyana tabe olan kəşfiyyat idarəsi yaradılır
Dünən Ermənistan Milli Təhlükəsizlik Xidməti ayrıca xarici kəşfiyyat orqanının yaradılması haqqında qanun layihəsini dövriyyəyə buraxıb. 
Erməni KİV-ləri xəbər verir ki, qanun layihəsi "Xarici kəşfiyyat fəaliyyəti və xarici kəşfiyyat xidməti haqqında" adlanır.
Qanun layihəsinin 15-ci maddəsində göstərilir ki, yaradılacaq yeni xidmət Baş nazirə tabedir: "Xidmət “Dövlət idarəetmə sisteminin orqanları haqqında” Ermənistan Respublikasının Qanunu ilə müəyyən edilmiş xarici kəşfiyyat sahəsində Baş Nazirə tabe olan və bu Qanunla və digər müvafiq qanunvericiliklə ona həvalə edilmiş səlahiyyətləri həyata keçirən orqandır". 
Gundelik-Baku.Org