Xərçəng hüceyrələrini məhv edən PƏHRİZ HAZIRLANIB

Xərçəng hüceyrələrini məhv edən PƏHRİZ HAZIRLANIB
Şimali Karolina Universitetinin Tibb fakültəsinin alimləri insan orqanizmindəki xərçəng hüceyrələrini məhv edə bilən pəhriz hazırlayıblar.
Xarici KİV xəbər verir ki, buna əsaslanaraq alimlər xərçəng xəstələrinin enerji ehtiyaclarını ödəyəcək balanslaşdırılmış qidalanmanın vacibliyini vurğulayıblar. Tədqiqatçılar siçanlar üzərində təcrübə aparıblar. Onlar sınaq subyektlərinin qida rasionundan müəyyən amin turşularını çıxarıblar və beləliklə, lipid peroksidlərinin hüceyrədə toplandığı nekrozun bir forması olan ferroptozun xəstəliyin dağıdıcı hüceyrələrinin ölüm prosesini işə saldığını aşkar ediblər.
Bundan əlavə, bu pəhrizd tətbiq edilən siçanlar dərman qəbul etməkdə daha yaxşı olublar.
"Tədqiqat nəticəsində məlum olub ki, iki kükürdlü amin turşusu olan sistein və metionində aşağı olan pəhriz glioblastomada ferroptoz və xərçəng hüceyrələrinin ölümü şansını artıra bilər. Sistein tam taxıl, mal əti, yumurta və quş ətində, metionin isə qoz-fındıq, balıq, donuz əti, mal əti, yumurta və quş ətində olur”, - ekspertlər bildirib.
Gundelik-Baku.Org