Ürək-damar xəstəlikləri riskini azaldan PƏHRİZ

Ürək-damar xəstəlikləri riskini azaldan PƏHRİZ
İsrailli alimlər ürək-damar xəstəlikləri riskini azaldan pəhrizi açıqlayıblar.
Bu barədə "American Journal of Cardiology" jurnalı məlumat yayıb. Bildirilir ki, aparılan geniş tədqiqatın nəticələri məlum olub.
Belə ki, pəhrizdə ən çox meyvə və tərəvəz, dənli bitkilər, zülal məhsulları, qoz-fındıq və az yağlı süd məhsullarına üstünlük verilib. Qeyd olunub ki, bu pəhriz ürək-damar xəstəliyinin inkişaf riskini ümumilikdə təxminən on faiz azaldır.
Bildirilir ki, pasientlər qarğıdalı və günəbaxan yağlarından daha çox zeytun yağına üstünlük versələr, pəhriz daha effektli alınar.
Gundelik-Baku.Org