DİQQƏT! Belə pəhriz saxlamaq ölümə səbəb olur

DİQQƏT! Belə pəhriz saxlamaq ölümə səbəb olur
Artıq çəkidən əziyyət çəkənlərin sayı kifayət qədərdir.
Xarici mətbuat xəbər verir ki, həddindən artıq köklük bir çox xəstəliyin yaranmasına səbəb ola bilər.
İnsanlar artıq çəkidən daha asan yollarla uzaqlaşmağa çalışırlar. Bir sıra pəhrizlər, detokslar təbii görünsə də, bəziləri ölümə və ya xəstəliklərə səbəb ola bilər.
Həddindən artıq ac qalmaq, gün ərzində heç bir qida qəbul etməmək sürətli şəkildə arıqlamağa kömək etsə də, orqanizmdə ciddi fəsadlar yaradır. Kortəbii şəkildə edilən pəhrizlərin 95 faizi uğursuzluqla nəticələnir. Bu pəhrizlərdən sürətlə itirilən çəki geri qazanılır.
Bu baxımdan pəhriz saxlayarkən əvvəlcə həkimlə məsləhətləşmək lazımdır. Həkimin məsləhət gördüyü qidaları qəbul etmək daha vacibdir.
Gundelik-Baku.Org