“Şəkər xərçəng hüceyrələrini qidalandırır” – Mütəxəssislərdən faydalı TÖVSİYƏLƏR

“Şəkər xərçəng hüceyrələrini qidalandırır” – Mütəxəssislərdən faydalı TÖVSİYƏLƏR
“İdman və pəhrizlə yanaşı, sağlamlıq üçün şəkərdən də uzaq durmaq lazımdır”.
 
Sfera.az bildirir ki, bunu Doktor Raymond xərçəng xəstəliyi ilə bağlı yazdığı üç kitabında qeyd edib.
 
O, bu kitabları 45 yaşında xəstəlik keçirdikdən sonra yazıb. Bu gün onun 75 yaşı var və son 15 ildə qrip daxil, heç bir xəstəliyə yoluxmayıb. Sözügedən kitablarda xərçəng hüceyrələrinin ac qalmasından bəhs edən mütəxəssis bildirib ki, şəkər bu hüceyrələr üçün qidadır.
 
Həkim şəkərin zərərlərini bu cür sadalayıb:
 
•    Şəkər soyuqdəymə və qripin səbəbidir.
•    Bir qaşıq şəkər yemək orqanizmin immunitetini 50% azaldır.
•    Kola içmək orqanizmin immunitetini aşağı sala bilər.
•    Şəkər alzeimer xəstəliyinə səbəb olur.
•    Şəkərdən qaçmaqla xərçəngin qarşısını almaq və müalicə etmək olar.
•    Şəkər bütün ürək xəstəliklərinə səbəb olur.
•    Şəkər çəki artımının səbəbidir.
•    Şəkər piylənmə yaradır.
•    İnsana əziyyət verən hər bir xəstəliyin şəkərlə əlaqəsi var.

 
Mütəxəssis həmçinin qeyd edib ki, valideynlər övladlarının siqaret çəkməsini, spirtli içki qəbul etməsini qəbul etməsə də, onlara daha təhlükəli olan şirniyyatlar alırlar:
 
“Bir sözlə, şəkərdən sağlamlıq üçün uzaq durmaqda fayda var”.
 
Sözügedən kitabların adları isə belədir: “Heç vaxt xəstələnmə”, “Xərçəng xəstəliyindən qorxma”, “Yenidən kökəlmə”.
 
Frankfurt Universitetinin Qida Sağlamlığı üzrə məzunu həkim Saleh Faizin də faydalı tövsiyələri var:
 
•    Yoqurt - ən yüksək kalsium mənbəyidir. Bir fincan yoqurtda 450 mq kalsium var. Buna görə də onu gündəlik rasionunuzda istifadə etməlisiniz, xüsusən də az yağlı.

•    Nanə - ürək-damar və qan dövranı üçün stimullaşdırıcı dərmandır. Onu müntəzəm olaraq çay kimi içsəniz, mədə və bağırsaqlar üçün də faydalı olar.  Nanə çeynəmək isə diş ağrısını yüngülləşdirir və ağız qoxusunu aparır. Mədə turşusunu aradan qaldırmaq üçün şəkər əlavə etmədən qaynadılmış bir stəkan nanəli çay içmək yaxşıdır. Nanə qazları aradan qaldırır, qaraciyər və mədəaltı vəzi gücləndirir, öskürəyi yüngülləşdirir, əsəbləri sakitləşdirir, həmçinin qidaların həzminə kömək edir.

•    Alkoqolsuz içkilər - kilo almağa səbəb olmasa belə, qadının bel ölçülərinə təsir edir (böyüdür).

•    Qazlı içkilər - osteoporoz, ürək və böyrək problemləri, piylənmə və diabet, diş çürüməsinə səbəb olur.

•    Enerji içkiləri -uşaqlar üçün təhlükəlidir. Onlar sürətli ürək döyüntüləri, sancılar, insultlar, qəfil ölümə səbəb olur.

•    Yaşıl çay -  xərçəngdən qoruya bilən antioksidantlar üçün əladır.

•   Balıq, alma, üzüm, albalı, qaragilə və ispanaq beyin hüceyrələrini qoruyan və yaddaşı gücləndirən qida növləridir.

•    Yemək zamanı və ya yeməkdən sonra su içmək şişkinlik yaradıb həzmi çətinləşdirmir. Su digər içkilərdən daha yaxşı həzm etməyə kömək edir. Yuxu zamanı maye itkisini kompensasiya etmək və orqanizmi toksinlərdən təmizləmək üçün oyandığınız zaman mütləq bir stəkan su içməyi unutmayın.

•    Həftənin 7 günü gündə 30 dəqiqə gəzmək sizi ürək xəstəliklərindən, diabetdən, depressiyadan, təzyiqdən, xolesterindən qoruyur.

•    Sarımsaq immunitet sistemini gücləndirmək qabiliyyəti ilə xərçəngə tutulma şansını azaltmağa kömək edir.

•    Gecələr zəncəfil yemək piyləri yandırmağa kömək edir.
Gundelik-Baku.Org