Balqabaq tumu kişilərə, ya qadınlara daha çox faydalıdır?

Balqabaq tumu kişilərə, ya qadınlara daha çox faydalıdır?
Təbii möcüzə: Balqabaq tumunun insan orqanizminə faydaları nədən ibarətdir? 
Xarici KİV bu faydaları sizə təqdim edir:
1- Xəstəliklərə qarşı mübarizə aparan antioksidantlar baxımından zəngindir.
Balqabaq tumunun  tǝrkibindǝ  hüceyrələrimizi xəstəliklərə səbəb olan zədələrdən qoruyan və bədənimizdəki iltihabı azaldan bir çox antioksidant var. İltihab əleyhinə önəmli xüsusiyyətlərə malik olan balqabaq tumu, qaraciyər, sidik kisəsi, bağırsaq və oynaqların sağlamlığı üçün istehlakı məsləhət olunan qidalar arasında iştirak edir.
2- İmmun sistemini gücləndirir
Balqabaq tumları tərkibindəki E vitamini və sink sayəsində immunitet sistemimiz üçün faydalıdır. Sink bədənimizi iltihabdan, allergiyadan və mikroblardan qoruyaraq infeksiyaların qarşısını alır və ümumi immuniteti artırır.
3-Çəkini nəzarətdə saxlayır
Tərkibində sink, kalsium, zülal və lif olan balqabaq tumlarının  tǝrkibindǝki protein  miqdarı  digər bitkilərlə  müqayisǝdǝ   daha  çoxdur.  Bu da  toxluq  hissi  verdiyi  üçün idarəli şəkildə, yǝni   gündǝ   bir  ovuç   istehlak   edilirsǝ   arıqlamağa kömək edǝr. Tərkibindəki liflər isǝ  bağırsaqlardakı toksinləri təmizlər və yağın orqanizm tərəfindən udulmasına mane olur. Bu  xüsusiyyǝtlǝrinǝ   görǝ   az kalorili pəhriz saxlayanların çərəz olaraq balqabaq tumuna üstünlük vermələri məsləhətdir.
4- Ürək sağlamlığını yaxşılaşdırır
Maqnezium, kalium və sağlam yağ turşuları baxımından zəngin olan balqabaq tumunun və xüsusilə də yağının ürək sağlamlığını yaxşılaşdırdığı və Koronar arteriya xəstəliyi riskini azaltmağa kömək etdiyi sübut edilib. Yağı, yetkinlərdə HDL xolesterinin səviyyəsini artırır, qan təzyiqini   aşağı  salar. Qan damarlarını genişləndirǝrǝk qan axınını artırır.
5- Qan şəkərini balanslaşdırır
Balqabaq tumunun ən əhəmiyyətli faydalarından biri qan şəkərini tənzimləməsidir. Tərkibindəki maqnezium qan şəkərinin səviyyəsini tənzimləyərək diabet riskini azaldır.
6- Yuxu keyfiyyətini tənzimləyir
Yatmazdan əvvəl bir ovuç balqabaq tumu yemək yuxu keyfiyyətinin artmasına kömək edər. Bunun səbəbi isə tərkibindəki triptofandır.
7- Prostat və sidik kisəsinin sağlamlığını yaxşılaşdırır
Balqabaq tumu tərkibindəki antioksidantlara, yağ turşularına və sinkə görə, xüsusilə kişilərdə prostat sağlamlığını yaxşılaşdırır.
Prostat vəzinin xoşxassəli böyüməsindən əziyyət çəkən kişilərdə simptomları azaltdığı və həyat keyfiyyətini artırdığı bilinir.
7-Xərçəng hüceyrələrinin inkişafının qarşısını alır
Balqabaq tumu antioksidant baxımından zəngin olduğu üçün xərçəngin qarşısını alır və xərçəng hüceyrələrinin inkişafına, o cümlǝdǝn yayılmasına qarşı mübarizə edǝr. Bu xüsusiyyətləri səbəbindən döş xərçənginin qarşısının alınmasında və müalicəsində təsirli ola biləcəyinə dair elmi araşdırmalar aparılır.
8-Qidalanma
Balqabaq tumu yaraların sağalmasında əhəmiyyətli rol oynayan manqan və K vitamini başda olmaqla immunitet sisteminin bakteriya və viruslara qarşı mübarizə aparmasına kömək edən sink baxımından da zəngindir.
9- Polikistik yumurtalıq sindromu üçün faydalıdır
Bəzi araşdırmalar, balqabaq tumunun hormonal tarazlığı bərpa edərək, polikistik yumurtalıq sindromunu yaxşılaşdırdığını ortaya qoyub. Balqabaq tumu eyni vaxtda saç tökülməsinin qarşısını alır və osteoporoz ehtimalını azaldır. Qadınlarda xolesterinin aşağı düşməsinə kömək edir.
10- Sidik kisəsinin funksiyasını yaxşılaşdırır
Həddindən artıq aktiv sidik kisəsinin simptomlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırır və sidik disfunksiyasının azalmasına kömək edir.
Gundelik-Baku.Org