Kərə yağını əvəz edəcək 4 məhsul

Kərə yağını əvəz edəcək 4 məhsul
Kalorili qida dedikdə ağlımıza ilk kərə yağı gəlir. Bəzən bundan imtina etmək istəsək də təəssüf ki, alınmır. Kökəlməyə meyilli insanlar daim yağı əvəz edəcək qidalar axtarırlar. Ümumilikdə 4 məhsul var ki, bunlardan kərə yağının dadını ala bilərsiniz.
Xarici KİV həmin qidaları təqdim edir:
Avokado
Diyetoloqlar bunu istər meyvə, istərsə də tərəvəz kimi tərifləməkdən yorulmurlar. Avokado pulpası sendviçlərin üzərinə yayılır, kokteylərin üstünə tökülür və çörək bişirmək üçün istifadə olunur. Ağzınızda avokadonun qaymaq dadını hiss etmək çox xoşunuza gələcək.  
Banan
Bananı püre halına gətirib, onu kərə yağının kalorisiz forması kimi istifadə edə bilərsiniz. O tez-tez pəhriz yeməklərində istifadə olunur. Banan ən çox vitamin mənbəyi olan meyvələr arasındadır.
Balqabaq
Balqabaq da yağı əvəz etmək üçün istifadə oluna biləcək qidalar arasındadır. Balqabağın ətirli dadı çörəyin hazırlanmasında da mühüm rol oynayır. Əgər bu günə qədər bundan istifadə etməmisinizsə, indi sınamağın əsl vaxtıdır.
Alma
Almadan ət qızartmaq üçün istifadə edilən sous hazırlana bilər. Bu qarışıq yeməklərin kalorisini azaldır. Almalar pəhriz saxlayanlar üçün əsas qida rasionudur. Yağı əvəz edəcək qidalar arasında alma mühüm yer tutur.
Gundelik-Baku.Org