Makaronun bilmədiyimiz faydaları

Makaronun bilmədiyimiz faydaları
Pəhriz saxlayarkən imtina etdiyimiz yeməklərdən biri də makarondur.
Xarici mətbuat xəbər verir ki, makaron təkcə karbohidratlardan ibarət deyil.
Araşdırmalara görə, bir fincan (təxminən 145 qram) bişmiş makaronda təxminən 38 qram karbohidrat, 7,7 qram protein və 0,6 qram yağ var.
Makaron orqanizm üçün əhəmiyyətli olan vitamin və minerallarla zəngindir. Buğdadan hazırlanmış qida məhsulları içərisində istehsal miqdarı və qidalanmadakı önəmi baxımından çörəkdən sonra ikinci yerdə gəlir. Vitamin və minerallar baxımından çox zəngin və faydalı qidadır.
Makaron A, B1, B2 vitaminləri, dəmir, potasium, kalsium, fosfor və protein baxımından zəngindir.
Yağsızdır. Çox az miqdarda əsas yağ birləşmələri və yüksək səviyyədə linoleik yağ asiti tərkibli olduğundan xolesterolu aşağı salır.
Bu səbəbdən mütəxəssislər pəhriz saxlayarkən makaron yeməyi məsləhət görürlər. 
Gundelik-Baku.Org