Britaniya mediası Putinin ağır xəstə olduğunu sənədlə isbatladı

Britaniya mediası Putinin ağır xəstə olduğunu sənədlə isbatladı
Rusiya prezidenti Vladimir Putin xərçəng xəstəliyi ilə bağlı tibbi sənədləri gizlədir.
Bunu Böyük Britaniyanın "The Sun"  nəşri iddia edib. 
70 yaşlı Putinin "ağır xəstə" olması ilə bağlı şayiələr hələ də davam edir, bir çoxları bunu onun şişkin üzü və titrəyən ayaqları ilə isbatlamağa çalışır.
"The Sun" yeni sənədə əsasən, Putin mədəaltı vəzi xərçəngindən və erkən mərhələdə Parkinson xəstəliyindən əziyyət çəkdiyi fikrini irəli sürüb.
Həmin sənədə görə, keçən il Moskva Mərkəzi Klinik Xəstəxanasının cərrahı Yevgeni Selivanov təxminən 35 dəfə Putinin Qara dəniz sahilindəki iqamətgahına uçub. Buna sübut Rusiya Dövlət Satınalmaları Xidmətinin saytında yerləşdirilən müqavilələrdir.
Bundan əvvəl məşhur iqamətgahına səfərdə Putini 6-, bəzən 13 mütəxəssis həkimin müşayiət etdiyi görünüb.
Gundelik-Baku.Org