Son dəqiqə: Putinin mühafizəçilərinin sayı artırıldı

Son dəqiqə: Putinin mühafizəçilərinin sayı artırıldı
Bütün təhdidlər nəzərə alınaraq, Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyi lazımi səviyyədə təmin edilir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidentinin təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun Prezident Putinin ünvanına təhdidlərlə bağlı sözlərini şərh edərkən bildirib.
“Prezidentin təhlükəsizliyi, bütün mövcud təhdidlər nəzərə alınaraq, lazımi səviyyədə təmin olunur”, - Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Con Bolton Rusiya Ukraynaya nüvə zərbəsi endirəcəyi təqdirdə Prezident Putinin qanuni hədəfə çevriləcəyini qeyd edib. (APA)
Gundelik-Baku.Org