"Putinin mövcudluğu Kiyev üçün böyük problemdir" - Kreml

"Putinin mövcudluğu Kiyev üçün böyük problemdir" - Kreml
"Rusiya və Putinin mövcudluğu Kiyev üçün böyük problemdir".
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Volodimir Zelenskinin sözlərinə münasibətində deyib. 
Kremlin sözçüsü bildirib ki, "Rusiya və Putinin mövcud olduğunu və olacağını nə qədər tez başa düşsə, Ukrayna kimi bir ölkə üçün bir o qədər yaxşıdır".
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti Rusiya tərəfinin tələblərini nəzərə almağa nə qədər tez hazır olsa, hər şey bir o qədər tez bitəcək.
Qeyd edək ki, Zelenski Davosda Ukraynanın Rusiya ilə sülh danışıqlarından niyə imtina etməsi ilə bağlı bu sözləri deyib: "Mən Putinin sağ olduğuna əmin deyiləm".
Gundelik-Baku.Org