"Putin bununla bağlı qərar verməyib" - Peskov

"Putin bununla bağlı qərar verməyib" - Peskov
Rusiya prezidenti Vladimir Putin hələ 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı qərar verməyib.
Gazeta.ru xəbər verir ki,  bunu  Kremlin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
Peskov Putinin qarşıdan gələn seçkilərdə iştirak etmək qərarına gəlib-gəlməməsi ilə bağlı suala “Xeyr” cavabını verib.
Vladimir Putin ilk dəfə 2002-ci ildə Rusiya prezidenti seçilib, daha sonra 2004, 2012 və 2018-ci illərdə yenidən bu vəzifəyə seçilib. Rusiya Federasiyasının Konstitusiyasına dəyişikliklərin qəbulundan sonra o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürmək hüququ əldə edib.
2020-ci ildə Putin dövlət başçısı kimi qalmaq imkanını şərh edərək bildirib ki, onun prezidentliyi “mütləq nə vaxtsa başa çatmalıdır”.
Gundelik-Baku.Org