Belarusa gedən Putini qırıcılar müşahidə edir

Belarusa gedən Putini qırıcılar müşahidə edir
Rusiya lideri Vladimir Putinin olduğu təyyarə Belarusa işgüzar səfər edib.
Belarus KİV-ləri xəbər verir ki, Sankt-Peterburqdan uçan RA-96022 qeydiyyat nömrəli İl-96-300PU təyyarəsi Belarusun hava məkanına daxil olub. 
Məlumata görə, RA-96020 dövlət nömrə nişanlı daha bir İL-96-300PU təyyarəsi Moskvanın Vnukovo hava limanından havaya qalxıb. Bundan başqa, iki RA-96022 və RA-96014 kateri eyni anda Putinin şəxsi təyyarəsini müşahidə edir. 
Bundan əlavə, eyni vaxtda Belarus Respublikası Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopteri Maçulışçi aerodromundan havaya qalxıb. O, "Minsk" Milli Hava Limanı istiqamətində uçub. 
Qeyd edək ki, Putin bu gün Belarus dövlət başçısı Aleksandr Lukaşenko ilə danışıqlar aparacaq.
  • Belarusa gedən Putini qırıcılar müşahidə edir - FOTO
Gundelik-Baku.Org