Putin Çin prezidentini Rusiyaya dəvət etdi

Putin Çin prezidentini Rusiyaya dəvət etdi
Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpini Moskvaya dəvət edib.
TASS xəbər verir ki, Rusiya lideri çinli həmkarını 2023-cü ilin yazında gözlədiyini bildirib. 
"Şübhə etmirəm ki, biz şəxsən görüşmək imkanı tapacağıq. Sizi, hörmətli sədr, əziz dost, gələn ilin yazında Moskvaya dövlət səfərinizi gözləyirik", - Putin Cinpinlə videokonfrans zamanı bildirib.
Putinin sözlərinə görə, Si Cinpinin səfəri dünyaya Rusiya-Çin əlaqələrinin gücünü nümayiş etdirəcək və Moskva ilə Pekin arasında ilin əsas hadisəsi olacaq.
Gundelik-Baku.Org