Putin Ərdoğana niyə xüsusi münasibət bəsləyir? - VİDEO

Putin Ərdoğana niyə xüsusi münasibət bəsləyir? - VİDEO
Baku TV-də yayımlanan “Salam Baku” verilişində Rusiya Prezidenti Vladimir Putinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana olan xüsusi münasibətindən bəhs edilib.
Qeyd edilib ki, V.Putinin R.T.Ərdoğanla təmasları Ankaranın vasitəçilik səylərini davam etdirmək istəyi və Rusiya ilə Türkiyə arasında geniş ticari-iqtisadi əlaqələrlə bağlıdır.
“Ankara Paris və Berlindən fərqli mövqe tutur və vasitəçilik səylərini davam etdirməyə hazır olduğunu bəyan edir. V.Putin Türkiyənin bu səylərini dəfələrlə yüksək qiymətləndirib”, - deyə Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun fikirləri diqqətə çatdırılıb.
Yeri gəlmişkən, R.T.Ərdoğan son bir ay ərzində Rusiya lideri ilə beş dəfə danışdığını bildirmişdi.
Gundelik-Baku.Org