Rusiya qırıcısı Britaniya təyyarəsinə raket atdı

Rusiya qırıcısı Britaniya təyyarəsinə raket atdı
Britaniya Müdafiə Nazirliyi Rusiya qırıcısının Qara dəniz üzərində Britaniya hərbi təyyarəsi istiqamətində raket atdığını iddia edib.
Bunu Britaniyanın müdafiə naziri Ben Uolles parlamentdə çıxışı zamanı bildirib.
Nazir bildirib ki, sentyabrın 29-da Rusiya qırıcısı Qara dəniz üzərində beynəlxalq hava məkanında patrul edən silahsız Britaniya kəşfiyyat təyyarəsi yaxınlığında raket buraxıb.
Onun sözlərinə görə, Rusiya problemi texniki nasazlıqla əlaqələndirib və hazırda Britaniya təyyarələrini qırıcı təyyarələr müşayiət edir.
Britaniya insidentdən sonra patrul fəaliyyətini dayandırıb və hökumətin narahatlığını Rusiyanın müdafiə naziri Sergey Şoyquya çatdırıb.
Gundelik-Baku.Org