Suriyada zəlzələdə ölənlərin sayı 237-yə çatıb - YENİLƏNİB

Suriyada zəlzələdə ölənlərin sayı 237-yə çatıb - YENİLƏNİB
Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.
Bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.Zəlzələ zamanı yaralananların sayı 639-a çatıb.
***09:27
Kahramanmaraşın Pazarcık rayonunda saat  baş verən 7,4 bal gücündə zəlzələ Misir, Livan, Suriya və İraqda da güclü hiss olunub.
Suriya Dövlət Xəbər Agentliyi SANA- nın  məlumatına görə, zəlzələ nəticəsində ölkənin Hələb, Həma və Latakiya şəhərlərində çoxlu dağıntılar meydana gəlib.
Suriyadakı ilk təsbitlərə görə zəlzələdə ən azı 100 nəfərin öldüyü, yüzlərlə insanın yaralandığı açıqlanıb.
Misirin paytaxtı Qahirə və ətrafında hiss edilən zəlzələ təxminən 30 saniyə davam edib və insanlarda böyük təşviş yaradıb.  Livanda baş verən zəlzələ səbəbiylə evlərini tərk edən çox sayda insan gecəni maşınlarında keçirib.
İraqın paytaxtı Bağdad və Diyalada da hiss edilən zəlzələdə  insanlar can təhlükəsizliyi qorxusu ilə evlərini tərk ediblər.
Gundelik-Baku.Org