Zaqatalada 4.3 bal gücündə zəlzələ oldu - YENİLƏNİB

Zaqatalada 4.3 bal gücündə zəlzələ oldu - YENİLƏNİB
Gürcüstan-Azəbaycan sərhədində zəlzələ qeydə alınıb.
Bu barədə Lent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, yeraltı təkanlar yerli vaxtla saat 12:36-da Zaqatala stansiyasından 29 km şimal-qərbdə qeydə alınıb.
Zəlzələ 3 km dərinlikdə baş verib, maqnitudası 4.3 bal gücündə olub.
Zəlzələ epsentirdə 4, ətraf rayonlarda 3 bala qədər hiss olunub.
***
Zaqatalada zəlzələ olub.
APA-nın məlumatına görə, zəlzələ 12:35-də baş verib.
Yeraltı təkanlar Balakəndə də hiss olunub.
Gundelik-Baku.Org