Azərbaycanda bugünkü oyunlar 1 dəqiqəlik sükutla başlayacaq

Azərbaycanda bugünkü oyunlar 1 dəqiqəlik sükutla başlayacaq
Misli Premyer Liqasının 21-ci turunda bu gün keçiriləcək 2 matç qardaş Türkiyədə baş verən zəlzələ səbəbindən bir dəqiqəlik sükutla başlayacaq. 
Bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib. "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" qarşılaşmaları 1 dəqiqəlik sükutla başlayacaq, Türkiyədə zəlzələ nəticəsində dünyasını dəyişənlər yad olunacaq. 
Qeyd edək ki, sözügedən matçlar bu gün müvafiq olaraq 14:00-da və 18:00-da start götürəcəklər. 
Xatırladaq ki, bu səhər Türkiyənin bir neçə şəhərində bir neçə şəhərində 7,4 bal gücündə zəlzələ baş verib. Bu saata olan rəsmi xəbərə görə, hadisə nəticəsində ölənlərin sayı 284-ə, yaralıların sayı 2323 nəfərə çatıb. 
 
Gundelik-Baku.Org