Türkiyədəki zəlzələdə ölənlərin sayı 912-yə ÇATDI (YENİLƏNİB)

Türkiyədəki zəlzələdə ölənlərin sayı 912-yə ÇATDI (YENİLƏNİB)
Türkiyədə zəlzələdə 912 nəfər həyatını itirib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, yaralıların sayı 5 385 nəfər təşkil edir.
**09:11
 
Türkiyədə zəlzələdə ölənlərin sayı 284-ə çatıb, 2 323 nəfər yaralanıb.
Təbii fəlakət nəticəsində 10 şəhərdə 1 710 binanın dağılıb. Hazırda ərazilərdə xilasetmə işləri aparılır. 
***09:07
Türkiyədə baş verən zəlzələ nəticəsində 76 nəfər həyatını itirib.
Haberler.com xəbər verir ki,  bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində azı 440 nəfər xəsarət alıb.
***08:50
Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.
Bu barədə şəhərin valisi Hulusi Şahin bildirib.
Onun sözlərinə görə, bölgədə 140 dağılmış bina var.
Bundan əlavə, Osmaniyə şəhərdə 34 bina dağılıb, 5 nəfər ölüb, Şanlıurfa şəhərində 15, Diyarbakırda 6 nəfər həlak olub. Adana şəhərində 17 və 14 mərtəbəli yaşayış binası tamamilə dağılıb. Hazırda şəhərdə ümumilikdə 3 bina çöküb. Dağıntılar altında xeyli sayda insanın qaldığı güman edilir.
***07:28
Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Kahramanmaraş və Gaziantep şəhərlərində baş verən yeraltı təkanların ocağı 6.98 km dərinlikdə şəhərin Nurdağı rayonunda qeydə alınıb. Afterşok Bakı vaxtı ilə 05:26-da baş verib.
Qeyd edək ki, şiddətli yeraltı təkanların Suriyada, Livanda və İsraildə də hiss edildiyi bildirilir. KİV-də Suriyanın şimalında da dağıntıların olması barədə məlumat yer alıb.
 
Gundelik-Baku.Org