Misirdə zəlzələ oldu

Misirdə zəlzələ oldu
Misirin Cənubi Sinay əyalətində 5 bal gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin Milli Astronomiya və Geofizika Tədqiqat İnstitutu açıqlama yayıb. 
Açıqlamada səhər saatlarında baş verən zəlzələnin episentrinin Cənubi Sinay əyalətinin Et-Tur şəhəri olduğu bildirilib.
İlk təsbitlərə görə, 9,61 kilometr dərinlikdə baş verən zəlzələdə can itkisi olmayıb.
Gundelik-Baku.Org