İndoneziyada zəlzələ qurbanlarının sayı 250 nəfəri keçib

İndoneziyada zəlzələ qurbanlarının sayı 250 nəfəri keçib
Ötən gün İndoneziyanın Yava adasında baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 252 nəfərə çatıb.
Bu barədə bu gün yerli hökumət orqanları açıqlayıb.
Xəsarət alanların sayı isə 377 nəfər təşkil edir. 31 nəfər indiyədək itkin düşmüş hesab olunur.
Ötən gün baş vermiş 5,6 bal gücündə zəlzələ nəticəsinə 7 mindən çox şəxs yaşayış yerini tərk etməli olub.
Gundelik-Baku.Org