Türkiyədə zəlzələdə yaralananların sayı 46-ya çatdı - YENİLƏNİB

Türkiyədə zəlzələdə yaralananların sayı 46-ya çatdı - YENİLƏNİB
Türkiyənin Düzce vilayətində baş verən zəlzələ nəticəsində yaralananların sayı 46-ya çatıb.
Haberler.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. 
***08:55
Türkiyənin Düzce rayonunda yerli vaxtla saat 04:09 radələrində 5,9 bal gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Baş verən güclü zəlzələ nəticəsində 35 nəfər xəsarət alıb. Dağıntılar var. 


Gundelik-Baku.Org