Filippində güclü zəlzələ oldu

Filippində güclü zəlzələ oldu
Filippinin cənub-şərqində 6,1 bal gücündə zəlzələ baş verib.
Filippin Vulkan və Zəlzələ Elmi İnstitutu, sahilyanı Davao de Oro şəhərində Yeni Bataan bölgəsindən təxminən 14 kilometr aralıda 6,1 bal gücündə qeydə alındığını açıqlayıb. 
Ölkənin cənubunda bir sıra şəhərlərdə hiss edilən zəlzələ 11 kilometr dərinlikdə baş verib.
Gundelik-Baku.Org