Xəstənin öd kisəsindən 382 daş çıxdı

Xəstənin öd kisəsindən 382 daş çıxdı
Hindistanlı cərrahlar içərisində 382 daş olan öd kisəsini çıxarıblar. Hadisə Madhya Pradeş ştatında baş verib.  
Bu barədə Time Bulletin məlumat yayıb.
Xəstə belində və döş qəfəsində şiddətli ağrılar olduğundan kənd xəstəxanasına müraciət edib. Orada ona diaqnoz qoyularaq mərkəzə göndərilib.
Həkimlər ultrasəs müayinəsinin köməyi ilə öd kisəsində 382 daş aşkar ediblər, bəzilərinin diametri bir santimetrə çatıb.
Həkimlər iki saatlıq əməliyyatla öd kisəsini içindəki daşlarla birlikdə çıxarıblar.  
 
Gundelik-Baku.Org