Paltaryuyan maşına girən balaca qız oldü

Paltaryuyan maşına girən balaca qız oldü
Fransada kiçik bir qız oynamaq üçün paltaryuyan maşına girib.
Ailəsinin tapıb son anda maşından çıxardığı kiçik qız nəfəs darlığından dünyasını dəyişib.
Fransanın paytaxtı Parisdə bir ailə nahar edərkən onların üç yaşlı qızı qəfildən yoxa çıxıb. Ata evdə qızını axtararkən paltaryuyan maşının səsi gələndə qaçıb qapını açıb. Kiçik qızı paltaryuyanda tapan valideynlər panika içində qızlarını xəstəxanaya aparıblar. Uzun müddət nəfəsi kəsilən balaca qızcığazı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı istintaq başlasa da, kiçik qızın ölümünün dəqiq səbəbi araşdırmalardan sonra açıqlanacaq.
Gundelik-Baku.Org