Rusiyada SARS-a yoluxan məktəbli vəfat etdi

Rusiyada SARS-a yoluxan məktəbli vəfat etdi
Rusiyanın Çelyabinsk şəhərində orta məktəblərdən birinin üçüncü sinif şagirdi SARS-a (Severe Acute Respiratory Syndrome) yoluxaraq dünyasını dəyişib.
10 yaşlı şagird dekabrın 9-dan xəstə olduğu üçün dərsə gəlməyib.
Uşağa kəskin respirator infeksiya diaqnozu qoyulub. Dekabrın 11-də üçüncü sinif şagirdinin halı sürətlə pisləşməyə başlayıb. Axşam anası təcili yardım çağırıb. Lakin uşağın vəziyyəti getdikcə ağırlaşdığından daha sonra qadın onu xəstəxanaya özü aparmaq qərarına gəlib.
Azyaşlı elə maşında həyatını itirib.
Bundan əvvəl Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova Yeni ilə qədər qrip epidemiyasının pik həddə çatacağını proqnozlaşdırmışdı. O, rusiyalılara tövsiyə etmişdi ki, infeksiyaya qarşı peyvəndi mümkün qədər tez vurdursunlar.
Mənbə: Mk.ru
Gundelik-Baku.Org