Narkotik daşıyan gəmi görün necə saxlanıldı?

Narkotik daşıyan gəmi görün necə saxlanıldı?
Kadis körfəzində İspaniya polisi gömrük orqanlarının və cinayətkarlıqla mübarizə agentliyinin əməkdaşlarının iştirakı ilə göyərtəsində 4 tondan çox həşiş aşkar edilən Britaniya yelkənli gəmisini saxlayıb. 
Xarici media bildirir ki, Milli Polisin mətbuat xidmətindən verilən xəbərə görə, gəmi Mərakeşin qərb sahillərinə doğru gedirdi, lakin Cəbəllütariq boğazında pis hava şəraiti səbəbindən o, İspaniya sularına qayıtmağa məcbur olub. Eyni zamanda İspaniyanın hüquq-mühafizə orqanlarına Britaniya hakimiyyəti tərəfindən şübhəli yelkənli gəmi ilə bağlı xəbərdarlıq edilib. Araşdırma zamanı məlum olub ki, narkotik maddənin sonradan Cənubi Amerikaya göndərilməsi üçün Mərakeşə çatdırılması planlaşdırılır.
Yelkənli qayıq fırtınadan yayınmaq üçün İspaniya sularına qayıdan zaman gömrük patrul qayığı ona yaxınlaşa bilib. Gömrükçülər yelkənli gəminin göyərtəsində çoxlu sayda çanta aşkar ediblər. Gəmi Kadiz limanına çatdırıldıqdan sonra axtarış zamanı içərisində 4,4 tona yaxın həşiş qətranı olan 130 bağlama aşkar edilib.
İki ekipaj üzvü həbs edilib, lakin istintaq hələ də davam edir, daha çox adam həbs oluna bilər.
Gundelik-Baku.Org