“Reomed” klinikasından dələduzluq

“Reomed” klinikasından dələduzluq
Bakıda burun estetik əməliyyatı etdirən qadına qarşı dələduzluq edilib.
Lent.az xəbər verir ki, hadisə Pirallahı rayonunda eyniadlı qəsəbədə baş verib. Qəsəbə sakini S. Əliyeva “İnstagram”dan tanıdığı Hüseyn adlı şəxs tərəfindən aldadılıb. Hüseyn özünü “Reomed” klinikasının estetik həkimlərindən birinin köməkçisi kimi təqdim edib və qadın burun əməliyyatı üçün keçirilən kampaniyadan yararlanmaq qərarına gəlib. Bunun üçün “köməkçi” S. Əliyevadan 685 manat əməliyyat pulunu əvvəlcədən onlayn yolla alıb.
Bir müddət sonra S. Əliyeva həmin klinikada burun estetik əməliyyatı keçirib. Ancaq yenə pul ödəməli olub. Bu zaman qadın aldadıldığını başa düşüb və polisə müraciət edib.
Pirallahı rayon Polis İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə dələduzluq əməlini törədən Hüseynin Sabunçu rayon Pirşağı qəsəbə sakini Kəlbihüseyn Abışov olduğu üzə çıxıb.
Zərərçəkmişə dəyən ziyan tam ödətdirilib.
Gundelik-Baku.Org