Pakistanda həbsxanada toqquşma oldu

Pakistanda həbsxanada toqquşma oldu
Pakistanın Pəncab şəhərindəki həbsxanada məhbuslarla mühafizəçilər arasında qarşıdurma  baş verib.
Bundan sonra bölgəyə çoxlu sayda təhlükəsizlik qüvvələri göndərilib.
Həbsxanada palataları yandıran məhbuslardan bəziləri həbsxananın damına çıxıb. Güllə səslərinin eşidildiyi qarşıdurmada çox sayda məhbus, polis və mühafizəçi yaralanıb.
Ölənlərin olub-olmaması barədə hələlik məlumat yoxdur. 
Gundelik-Baku.Org