Pakistanda silahlı şəxslər 6 polisi ÖLDÜRDÜ

Pakistanda silahlı şəxslər 6 polisi ÖLDÜRDÜ
Pakistanın Xayber Paxtunxva əyalətində patrul polisi maşınına silahlı hücum nəticəsində 6 polis əməkdaşı həyatını itirib.
Xarici KİV xəbər verir ki, motosikletli şəxslər Dadivala rayonunda patrul polisi maşınına silahlı hücum ediblər.  
Hücum nəticəsində 6 polis həlak olub. Təhlükəsizlik qüvvələri hücum edənlərin tutulması üçün əməliyyata başlayıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Gundelik-Baku.Org