Kambocada hoteldə güclü yanğın: Ölənlərin sayı açıqlandı - YENİLƏNİB

Kambocada hoteldə güclü yanğın: Ölənlərin sayı açıqlandı - YENİLƏNİB
Kambocanın Tailandla sərhədində yerləşən Poipet şəhərindəki “Grand Diamond City Hotel and Casino”da cümə axşamı baş verən yanğında azı 19 nəfər ölüb, 50 nəfər yaralanıb.
Bu barədə yerli hakimiyyət orqanlarının bəyanatına istinadən NHK telekanalı məlumat yayıb.
Hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilir. Ölənlərin sayının 30-a yaxın ola biləcəyi istisna edilmir.
09:30
Kambocanın Tailandla sərhədində yerləşən Poipet şəhərində “Grand Diamond City Hotel and Casino” hotelində baş verən yanğında azı yeddi nəfər ölüb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, 53 nəfər xəsarət alıb, 8 nəfər itkin düşüb. Lakin polis ölən və yaralananların milliyyəti barədə məlumat vermir.
Yaralanan şəxslərin bəziləri yanıb, bəziləri yanma məhsullarından zəhərləniblər, bir qismi isə yuxarı mərtəbələrin pəncərələrindən tullanaraq xəsarət alıb.
Hoteldəki yanğın hələ də söndürülməyib. İçəridə 400-dən çox adam ola bilər.
Kamboca hökuməti hotel kompleksində qalmış insanları xilas etmək üçün xüsusi təyinatlılar və helikopterlər göndərib.

Mənbə: Fresh News
Gundelik-Baku.Org