Türkiyəli musiqiçi yol qəzasında öldü

Türkiyəli musiqiçi yol qəzasında öldü
Musiqiçi Hakan Yelbiz Muğlanın Milas rayonu yaxınlığında qəzaya düşüb.
Musiqiçinin idarə etdiyi avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə Hakan Yelbiz dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin  isə ağır yaralanıb.
Qəza yerinə çoxlu sayda təcili yardım, polis və xilasetmə qrupları cəlb edilib. Hadisədən sonra məşhur adlar sosial şəbəkə hesablarından Hakanın ölümünə kədərləndiklərini bildiriblər.


Gundelik-Baku.Org