Meksikada həbsxanaya hücum olub: 24 məhbus həbsxanadan qaçırılıb

Meksikada həbsxanaya hücum olub: 24 məhbus həbsxanadan qaçırılıb
Meksikada həbsxanaya hücum 14 nəfərin ölümünə səbəb olub, insident nəticəsində 24 məhbus həbsxanadan qaçıb.
Hadisə Meksikanın Syudad-Xuares şəhərində baş verib.
Həbsxanaya hücum edən silahlı şəxslərin məqsədi bəzi məhbusları oradan azad etmək olub.
İğtişaşlar zamanı ölənlərdən 10-u həbsxananın təhlükəsizlik xidmətinin əməkdaşıdır.
Məlumat üçün əlavə edək ki, Syudad-Xuares şəhəri ABŞ ilə sərhəddə yerləşir.
Mənbə: Milenio
Gundelik-Baku.Org