Suriyada binanın uçması nəticəsində azı 15 nəfər ölüb

Suriyada binanın uçması nəticəsində azı 15 nəfər ölüb
Bazar günü Suriyanın Hələb şəhərində beşmərtəbəli binanın uçması nəticəsində biri uşaq olmaqla azı 15 nəfər həlak olub.
Məlumata görə, daha 3 nəfər xəsarət alıb ki, onların vəziyyəti barədə məlumat verilmir.
Hadisə şəhərin şimal hissəsində baş verib. Uçulmanın əsas səbəbinin binanın bünövrəsinin aşınması olduğu bildirilir.
Xilasetmə qrupları hadisə yerində işlərini davam etdirir. Məlumata görə, ən azı 30 nəfər binanın dağıntıları altında qalıb.
Suriya Daxili İşlər Nazirliyi uçan binada azı 7 ailənin yaşadığını bildirib.
Mənbə: TASS
Gundelik-Baku.Org