Batumidə yaşayış binasında güclü yanğın

Batumidə yaşayış binasında güclü yanğın
Gecə saatlarında Gürcüstanın Batumi şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Yanğın binanın sonuncu mərtəbəsində yerləşən restoranda qeydə alınıb.
Binanın 25-ci mərtəbəsinin sakinləri, habelə aşağı mərtəbələrdə və yaşayış kompleksindəki digər yanaşı binaların sakinləri təxliyə edilib. Hadisə nəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.


Gundelik-Baku.Org