ABŞ-da binanın karkası çökdü, ölənlər və yaralılar var

ABŞ-da binanın karkası çökdü, ölənlər və yaralılar var
ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində tikinti meydançasında binanın karkasının uçması nəticəsində azı 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Bu barədə şəhərin yanğınsöndürmə idarəsi özünün “Twitter“ səhifəsində məlumat yayıb.
Məlumatda xəsarət alanlardan ikisinin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Hazırda yanğınsöndürənlər binada işləyir. Hadisənin səbəbi məlum deyil.
Gundelik-Baku.Org