Makron Zelenskiyə Rusiyaya qarşı yeni sanksiyalar qoyulacağı sözünü verdi

Makron Zelenskiyə Rusiyaya qarşı yeni sanksiyalar qoyulacağı sözünü verdi
Fransa Prezidenti Emmanuel Makron ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Ukrayna KİV xəbər verir ki, Makron Aİ tərəfdaşları ilə Rusiya Federasiyasına qarşı yeni sanksiyalar üzərində işləməyə hazır olduğunu bəyan edib.
Yelisey sarayı qeyd edir ki, söhbətdə Zaporijjya AES ətrafında vəziyyətə toxunulub.
Bundan əvvəl Ukrayna prezidentinin mətbuat xidməti bildirmişdi ki, Vladimir Zelenski Makrona Donetsk, Luqansk, Zaporojya və Xerson vilayətlərində keçirilən qanunsuz referendumları və Rusiyanın Ukraynanın bu ərazilərini qanunsuz ilhaq etmək cəhdlərini qətiyyətlə pislədiyinə görə təşəkkür edib.
Liderlər həmçinin gələn həftə Praqada Avropa siyasi ictimaiyyətinin sammitinin və Rusiyanın növbəti təcavüz aktlarını birgə qiymətləndirmək və müvafiq qərarlar hazırlamaq imkanı olacaq Avropa Şurasının qeyri-rəsmi iclasının keçirilməsini də müzakirə ediblər.
Gundelik-Baku.Org