Lukaşenko səfərbərlikdən sonra Rusiyanı tərk edənlərdən danışıb: “Qoy qaçsınlar”

Lukaşenko səfərbərlikdən sonra Rusiyanı tərk edənlərdən danışıb: “Qoy qaçsınlar”
Belarus Prezidenti Aleksandr Lukaşenko Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüş zamanı Rusiyada qismən səfərbərlik elan edildikdən sonra hərbi xidmətə çağırış yaşında olan Rusiya vətəndaşlarının ölkəni tərk etməsi ilə bağlı vəziyyəti şərh edib.

Lukaşenko bildirib ki, Rusiyanın 25 milyonluq səfərbərlik resursu var.
"Yaxşı, qoy qaçsınlar, 30 min, lap 50 min qaçsın. Onlar burada qalsaydılar, bizim adam olacaqdılar bəyəm? Qoy qaçsınlar”, - Belarus lideri bildirib.

Lukaşenkonun sözlərinə görə, bir çoxları sonradan vətənlərinə qayıdacaqlar, lakin sonra onlarla nə edəcəklərinə dair qərar vermək lazım gələcək.
 
Gundelik-Baku.Org