Ukraynalı deputat vətənə xəyanətdə ittiham olunur

Ukraynalı deputat vətənə xəyanətdə ittiham olunur
Ukraynada daha bir deputat vətənə xəyanətdə ittiham olunub. 
Bu barədə Ukrayna Dövlət İstintaq Bürosunun mətbuat xidməti məlumat yayıb. 
“Xalq deputatı Renat Kuzmin dövlətə xəyanətdə şübhəli bilinir", - mesajda deyilir.
İstintaq zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, deputat Rusiya Federasiyasına genişmiqyaslı işğalın başlanması ərəfəsində və ondan sonra kütləvi informasiya vasitələrində Ukraynanın ziyanına təbliğat materialları yerləşdirib.
Gundelik-Baku.Org