Kiyev və Dneprdə partlayışlar oldu: Ölənlər var (VİDEO+YENİLƏNİB)

Kiyev və Dneprdə partlayışlar oldu: Ölənlər var (VİDEO+YENİLƏNİB)
"Paytaxtda baş verən partlayışlar nəticəsində ölənlər və yaralananlar var". 
Bu  barədə  Kiyev Fövqəladə Hallar Departamentinin sözçüsü Svitlana Vodolaqa deyib.
"Daha ətraflı məlumat sonra gələcək. Nə qədər ölən var - hələlik onu deyə bilmərəm”, - deyə o bildirib.
***10:10
Bu gün səhər saatlarında Ukraynanın Dnepr şəhərində də ard-arda partlayışlar baş verib.
Bu haqda “UNİAN“ məlumatı verib.
***09:50
Ukraynanın paytaxtı Kiyevdə  ard-arda partlayışlar olub. 
Bu barədə Kiyevin meri Vitali Kliçko məlumat yayıb. 
"Paytaxtın mərkəzində, Şevçenskivski rayonunda bir neçə partlayış baş verib", - Kliçko bildirib.



Gundelik-Baku.Org