Türkiyəli ulduz futbolçunun İtaliyadakı evi qarət edilib

Türkiyəli ulduz futbolçunun İtaliyadakı evi qarət edilib
İtaliyanın A seriyasında (“Atalanta”) çıxış edən türkiyəli futbolçu Merih Demiralın evi qarət edilib.
Qeyd olunur ki, hadisə 24 yaşlı futbolçu Türkiyədə tətildə olarkən baş verib.
Oğurluğu həyata keçirən şəxslər futbolçunun vətənində olmasından istifadə edərək onun İtaliyadakı evinə soxulublar.  
Evin pəncərələrini, qapılarını sındıran oğrular qızıl-zinət əşyalarını, xeyli miqdarda pulu aparıblar.
Artıq İtaliya polisi hadisə ilə əlaqədar araşdırmalara başlayıb.
Futbolçu özü isə hələ İtaliyaya qayıtmayıb.
Mənbə: Haber Global
Gundelik-Baku.Org