Pelenin cənazəsi stadiona aparıldı

Pelenin cənazəsi stadiona aparıldı
Pelenin cənazəsi vida mərasiminin olacağı “Santos” futbol klubunun stadionuna aparılıb.
Bu barədə mərhum futbolçunun yaxınları məlumat verib.
Stadion yerli vaxtla saat 10:00-da Pele ilə vidalaşmaq istəyənlərin üzünə açılacaq. Onlar tabutun yanından keçə biləcəklər, tabut stadionun mərkəzində, çardaq altında yerləşdiriləcək.
Mərasim bir gün davam edəcək, bundan sonra Pelenin cəsədi olan tabut şəhərin küçələri ilə, o cümlədən, yüz yaşlı anasının hələ də yaşadığı evin yanından aparılacaq.
Gundelik-Baku.Org