İranda futbolçu edam ediləcək

İranda futbolçu edam ediləcək
“Rah-Ahan”, “Traktor” və “Gol-e Rayhan” futbol komandalarının keçmiş oyunçusu iranlı Əmir Nəsr-Azadani xalq etirazlarında iştirak etdiyi üçün edam cəzasına məhkum edilib.
İslam Respublikasının məhkəmə sistemi 26 yaşlı futbolçunu asmağı planlaşdırır.
Noyabrın sonunda İran hakimiyyəti milli futbol komandasının keçmiş oyunçusu və “Fulad” klubunun müdafiəçisi Voriya Qafuri hökumət əleyhinə etirazlara dəstək verdiyinə görə həbs edib. İran mətbuatında təqdim olunan ifadəyə görə, idmançı “milli futbol komandasını təhqir etdiyinə və hökumət əleyhinə təbliğat apardığına” görə həbs edilib.
Gundelik-Baku.Org