İranda boya zavodunda güclü partlayış olub, 47 nəfər yaralanıb

İranda boya zavodunda güclü partlayış olub, 47 nəfər yaralanıb
Bu gün günorta saatlarında Güney Azərbaycanın Azərşəhr şəhərində yerləşən boya zavodunda baş verən partlayış nəticəsində 47 nəfər yaralanıb.
Bu barədə Qızıl Aypara Cəmiyyətinin yerli idarəsi məlumat yayıb.
Qeyd olunur ki, hadisə “Atlas Foam Sahənd Industries” şirkətinin müəssisəsində qeydə alınıb.
Yaralananlardan 10 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.
Partlayışın səbəbi barədə məlumat verilmir.
Mənbə: Tasnim

Gundelik-Baku.Org