"Milan" Jiru ilə yeni müqavilə imzalayacaq

"Milan" Jiru ilə yeni müqavilə imzalayacaq
Fransa millisinin hücumçusu Olivye Jiru "Milan"la yeni müqavilə imzalayacaq.
Xarici media bildirir ki, jurnalist Fabrisio Romanonun verdiyi məlumata görə, İtaliya klubu 36 yaşlı futbolçu ilə şifahi razılığa gəlib.
"Milan" yarımmüdafiəçi İsmael Bennaserlə də müqaviləni uzadacaq.
Qeyd edək ki, Jiru 2022-ci il dünya çempionatının gümüş mükafatçısı olub. O, altı oyun keçirib və dörd qol vurub.
Gundelik-Baku.Org