Rusiyada hərbi aerodromda partlayış oldu - YENİLƏNİB

Rusiyada hərbi aerodromda partlayış oldu - YENİLƏNİB
Rusiyanın Saratov vilayətində yerləşən "Engels" aerodromuna pilotsuz uçuş aparatlarının (PUA) hücumu olub. 
Xarici KİV xəbər verir ki, hücumdan sonra səma təyyarələr üçün müvəqqəti bağlanıb. 
Eyni zamanda, Saratovdakı Qaqarin hava limanında bəzi reyslərin uçuş və enişləri yubanır.

****13:42
Rusiyanın "Engels" hərbi aerodromunda yenidən partlayış olub.
"Mash" xəbər verir ki, ərazidə hava həyəcanı siqnalı verilib və hava hücumundan müdafiə sistemləri işə düşüb.
Qeyd edək ki, dekabrın 26-da həmin aerodroma dronla hücum olmuşdu. Nəticədə 3 rus hərbçi həyatını itirib. 



Gundelik-Baku.Org