Rusiya ordusu Kiyevə İran PUA-ları ilə hücum etdi -YENİLƏNİB

Rusiya ordusu Kiyevə İran PUA-ları ilə hücum etdi -YENİLƏNİB
Rusiya ordusu dekabrın 14-də səhər saatlarında Ukraynanın paytaxtı Kiyev şəhərinə və vilayətinə İran istehsalı olan PUA-larla hücum edib.
Bu barədə  Ukrayna KİV-ləri məlumat yayıb. 
***09:27
Ukraynanın üç regionunda: Kiyev, Jitomir və Vinnitsada hava həyəcanı elan edilib.
UNİAN xəbər  verir ki, Kiyevdə (xüsusən də Kiyevətrafı ərazilərdə və paytaxtın özündə) ard-arda partlayış səslərinin eşidilməsi barədə xəbərlər yayılıb.
Bundan sonra Kiyev regional hərbi administrasiyasının rəhbəri Aleksey Kuleba zenit müdafiəsinin işlədiyini təsdiqləyib.
Kiyev meri Vitali Kliçko bildirib ki, Kiyevin Şevçenko rayonunda partlayış səsləri eşidilib.
“Paytaxtın Şevçenko rayonunda partlayışlar olub. Xidmətlər hadisə yerinə gedir”, -  deyə o, təfərrüatlarla bağlı daha sonra məlumat verəcəyini bildirib.
Gundelik-Baku.Org