Kiyev meri partlayışdakı itkilərin sayını açıqladı - Yenilənib

Kiyev meri partlayışdakı itkilərin sayını açıqladı - Yenilənib
“Kamikadze pilotsuz uçuş aparatlarının hücumu nəticəsində paytaxtın Şevçenko rayonunda yaşayış binasında partlayış baş verib. Hazırda oradan 20 nəfər xilas edilib”.
Bunu Kiyev şəhərinin meri Vitali Kliçko sosial şəbəkə hesabında yazıb.
“Şevçenko rayonunda evin dağıntıları altından ölən qadının cəsədi çıxarılıb. Axtarış-xilasetmə əməliyyatları davam edir. Üç zərərçəkən xəstəxanaya yerləşdirilib”, - Kliçko bildirib.

***08:50
Oktyabrın 17-də səhər saatlarında Kiyevdə partlayışlar baş verib.
Paytaxt meri Vitali Kliçkonun sözlərinə görə, partlayış paytaxtın mərkəzindəki Şevçenko rayonunda baş verib.
"Bütün xidmətlər yoldadır. Təfərrüatlar sonra. Hava hücumu davam edir. Sığınacaqlarda qalın!", - deyə Kliçko çağırıb.
Daha sonra Kliçko növbəti partlayış barədə məlumat verib.
Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak paytaxta kamikadze pilotsuz uçan aparatlarla hücum edildiyini bildirib:
"Ruslar bunun onlara kömək edəcəyini düşünürlər, lakin bu cür hərəkətlər əzab kimidir. Bizə daha çox hava hücumundan müdafiə sistemləri və mümkün qədər tez lazımdır. Bizim yavaş hərəkətlərə vaxtımız yoxdur. Səmanı qorumaq və düşməni məhv etmək üçün daha çox silah. Bu belə olacaq".
Qeyd edək ki, oktyabrın 10 və 11-də də ruslar Ukraynanın bir çox şəhərini, o cümlədən paytaxt Kiyevi bombalamışdı.
Gundelik-Baku.Org